Məxfilik Siyasəti üzrə Əsasnamə

Biz Sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplamağa çalışırıq, və bu bir qayda olaraq, xidmətlərdən istifadə etdiyiniz, müştəri sorğuları göndərdiyiniz, məlumatlar və ya digər xidmətlər almaq üçün qeydiyyata düşdüyünüz və yaxud bizim suallarımıza cavab verdiyiniz zaman (məsələn, anketləri doldurduqda və ya sorğularda iştirak etdikdə) baş verir.

Bizim toplaya biləcəyimiz şəxsi məlumatların növlərinə bunlar daxil ola bilər, məsələn, Sizin adınız və poçt ünvanınız, telefon və faks nömrəniz, elektron poçtunuzun ünvanı və qeydiyyatdan keçərkən və ya sorğu aparılarkən toplanmış istənilən digər məlumatlar. Əgər Siz bizə şəxsi məlumatlarınızı təqdim etmək qərarına gəldinizsə, bu məlumatlar onların toplanması zamanı bəyan edilmiş məqsədlər üçün və Sizin qeyd etdiyiniz istənilən xahiş nəzərə alınmaqla istifadə ediləcək.

Məlumat mübadiləsi

Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verdiyini, bizim prinsiplərimizə və xidmətimizin, habelə müştərilərimizin hüquq və təhlükəsizliyi şərtlərinə uyğun olduğunu hesab etdiyimiz zaman, biz Sizə şəxsi hesabınız və yuxarıda qeyd edilmiş digər şəxsi məlumatlar barədə informasiya veririk. Cinayət əməllərinin qarşısını almaq və ondan qorunmaq məqsədi ilə məlumatlar hüquq-mühafizə orqanlarına onların rəsmi yazılı sorğulara əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq müddəalarına dəqiq əməl edilməklə təqdim edilir.

İnformasiya təhlükəsizliyi

Nəzərinizə çatdırırıq ki, İnternet vasitəsilə yazışma, məsələn elektron poçtdan/internet poçtdan istifadə, şifrələnmiş olmadıqda etibarlı deyildir. Sizin məktublarınız ünvanına çatanadək bir neçə ölkədən keçə bilər – Dünya Şəbəkəsinin/İntranetin təbiəti belədir. MrClick.az şəxsi məlumatlara öz nəzarətindən kənar olan hər hansı icazəsiz daxilolma və ya onun itirilməsinə görə məsuliyyət daşıya bilməz.

Məxfiliyin dəstəklənməsi

Bu Məxfilik Siyasəti üzrə Əsasnaməsinin istənilən vaxt və məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərdəki və şəxsi həyatın toxunulmazlığı haqqında qanunvericiliyində dəyişikliklərə cavab olaraq dəyişdirilməsi və ya yeniləndirilməsi hüququnu özündə saxlayır.